Türkiyəli jurnalist Fatih Ergin gecə saatlarında saxlanılıb.
Publika.az xəbər verir ki, o, bununla bağlı “X” hesabında məlumat verib.
Fatih Erginin saxlanma səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Ehtimal olunur ki, Erginin dünən Yalovada polislə İŞİD terrorçuları arasında saatlarla davam edən və 3 polisin şəhid olması ilə nəticələnən qarşıdurma ilə bağlı “X” hesabındakı paylaşımlarına görə saxlanılıb.