İspaniya millisinin "Real Madrid"in, "Sevilya"nın və PSJ-nin sabiq müdafiəçisi Serxio Ramos yenidən Fransaya qayıda bilər.
Fanat.Az "Actu Foot"a istinadən xəbər verir ki, təcrübəli oyunçunu "Nitsa" istəyir.
Mənbə tərəflərin danışıqlara başladıqlarını vurğulayıb. Məlumata görə, Fransa təmsilçisi Avropaya dönməyi qarşısına məqsəd qoyan Ramosla anlaşmağa çox yaxındır.
Qeyd edək ki, 39 yaşlı Ramosun son iş yeri Meksika təmsilçisi "Monterrey" olub. O, dekabrın əvvəlində bu kollektivlə vidalaşıb.