AZ

Ramos Parisə qayıdır?

Fransanın “Paris” klubu qış transfer pəncərəsində Serxio Ramosu heyətinə qatmaq imkanını nəzərdən keçirib.

Publika.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

İspaniyalı müdafiəçi “Monterrey”dən ayrıldıqdan sonra azad agent statusundadır və Avropaya qayıtmaqda maraqlıdır. 39 yaşlı futbolçu karyerasının son mərhələsində yeni çağırış axtararkən mövcud variantları dəyərləndirir.

Serxio Ramos üçün Fransaya dönüş də istisna edilmir. O, 2021–2023-cü illərdə PSJ-nin formasını geyinib və Paris klubundakı çıxışını müsbət notlarla başa vurub. Son günlərdə “Nitsa” ilə bağlı yayılan məlumatlar klubun prezidenti Jan-Pyer Rivery tərəfindən təkzib edilsə də, “Paris”in daxilində təcrübəli mərkəz müdafiəçisinin namizədliyi müzakirə olunub.

Seçilən
108
21
publika.az

10Mənbələr