AZ

11 ayda Azərbaycan 5,1 mln. ABŞ dolları həcmində qızıl idxal edib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 5 041,6 milyon ABŞ dolları həcmində qızıl idxal edilib.

APA-Economics” xəbər verir ki, qızıl idxalı nəzərə alınmadan cari ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 7 254,5 milyon ABŞ dolları olub.

Qızıl idxalı istisna olmaqla idxalın həcmi isə 16 146,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% artım deməkdir.

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft-qaz əmtəə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% artaraq 3 317,0 milyon ABŞ dolları təşkil edib.

Seçilən
100
2
apa.az

3Mənbələr