AZ

11 ayda Azərbaycan 5,1 mlrd. ABŞ dolları həcmində qızıl idxal edib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 5 041,6 milyon ABŞ dolları həcmində qızıl idxal edilib.

“APA-Economics” xəbər verir ki, qızıl idxalı nəzərə alınmadan cari ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 7 254,5 milyon ABŞ dolları olub.

Qızıl idxalı istisna olmaqla idxalın həcmi isə 16 146,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% artım deməkdir.

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft-qaz əmtəə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% artaraq 3 317,0 milyon ABŞ dolları təşkil edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
2
apa.az

3Mənbələr