AZ

Avropada driblinq üzrə lider

style='margin-bottom:10px;'>

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal Avropanın beş aparıcı liqasında driblinq göstəricilərinə görə hamını qabaqlayır.

QOL.az xəbər verir ki, gənc futbolçu 524 cəhddən 285-ni uğurla tamamlayıb. Bütün turnirlər nəzərə alınmaqla heç bir digər oyunçu Yamal qədər driblinq etməyib.

2025/2026 mövsümündə Lamin Yamal bütün yarışlarda 20 oyunda iştirak edib. Onun aktivində 9 qol və 11 məhsuldar ötürmə var. Transfermarkt portalının məlumatına görə futbolçunun bazar dəyəri 200 milyon avro təşkil edir.

2025-ci ilin iyul ayında Yamal “Barselona” ilə yeni müqavilə imzalayıb. Altı illik müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Futbolçunun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləği 1 milyard avrodur.

Seçilən
117
2
teleqraf.com

3Mənbələr