AZ

Avropada driblinq üzrə lider

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropada driblinq üzrə lider

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal Avropanın beş aparıcı liqasında driblinq göstəricilərinə görə hamını qabaqlayır.

QOL.az xəbər verir ki, 18 yaşlı futbolçu 524 cəhddən 285-ni uğurla tamamlayıb. Bütün turnirlər nəzərə alınmaqla heç bir digər oyunçu Yamal qədər driblinq etməyib.

2025/2026 mövsümündə Lamin Yamal bütün yarışlarda 20 oyunda iştirak edib. Onun aktivində 9 qol və 11 məhsuldar ötürmə var. Transfermarkt portalının məlumatına görə futbolçunun bazar dəyəri 200 milyon avro təşkil edir.

2025-ci ilin iyul ayında Yamal “Barselona” ilə yeni müqavilə imzalayıb. Altı illik müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Futbolçunun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləği 1 milyard avrodur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
2
qol.az

3Mənbələr