AZ

Metro və avtobusdan istifadə etmirəm, amma kartımdan gediş haqqı çıxılır ŞİKAYƏT

ain.az bildirir, Oxu.az portalına istinadən.

Bakı sakini Rafael Abbasov metro və avtobusdan istifadə etmədiyi halda kart balansından gediş haqqının çıxdığını bildirir.

R.Abbasov Oxu.Az-a müraciətində qeyd edib ki, ictimai nəqliyyatdan istifadə etmədiyi halda bank kartından bir neçə dəfə 0,60 manat çıxılıb.

Müraciətdə həmçinin bildirilir ki, oxşar hal gecə saat 04:00-da da baş verib.

Şikayətçinin sözlərinə görə, dekabrın 29-da günorta və gecə saatlarında evində olub, avtobusdan, metrodan istifadə etməyib:

"Əməliyyat tarixçəmdə müxtəlif vaxtlarda "TP BUS" və "TP METRO" qeydləri ilə bir neçə dəfə 0,60 manatın çıxıldığı görünür. Kartımda həmişə pul olub, söhbət əvvəlki borcun tutulmasından da getmir. NFC texnologiyası ilə bağlı problem ola bilər. Çünki yeni tətbiq olunur. Gediş haqqının hansı əsasla çıxıldığı məlum deyil. Ümumilikdə kartımdan təxminən üç manat vəsait əsassız silinib".

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
3
oxu.az

10Mənbələr