AZ

Qəbizliyə səbəb olan gündəlik vərdişlər

Rusiyalı qastroenteroloq Anna Menşikova qəbizliyə səbəb olan gündəlik vərdişlərdən danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həkim qəbizliyin əsas səbəblərindən biri kimi balanssız qidalanmanğı göstərib.

O bildirib: "Normal bağırsaq funksiyası üçün əsas komponent olan lif çatışmazlığı bağırsaq problemləri riskini əhəmiyyətli dərəcədə artırır. Lif əsasən tərəvəz, meyvə və taxılda olur".

Mütəxəssis qəbizliyə səbəb kimi fiziki aktivliyi də göstərib: "Hərəkət bağırsaq peristaltikasını stimullaşdırır və onun olmaması tez-tez həzm prosesinin yavaşlamasına gətirib çıxarır. Problemlər müntəzəm olaraq tualetə getməmək vərdişindən də yarana bilər. Bu, mədə-bağırsaq həssaslığını azaldır".

Qastroenteroloq qəbizliyin ümumi səbəbini də açıqlayıb: zəif maye qəbulu. O, gün ərzində kifayət qədər su qəbulunu təmin etməyin vacibliyini vurğulayıb.

Milli.Az

Seçilən
38
1
milli.az

10Mənbələr