AZ

Ağır qəza oldu -

Qaxda yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 1985-ci il təvəllüdlü Tural Məmmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
163
13
metbuat.az

8Mənbələr