AZ

Qaxda ağaca çırpılan avtomobilin sürücüsüöldü

Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, dekabrın 30-da saat 01 radələrində Qax rayonu ərazisində “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü, 1985-ci il təvəllüdlü Tural Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
147
13
redaktor.az

8Mənbələr