AZ

Kriptovalyuta bazarının son göstəriciləri

Dekabr ayının 30-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti azalıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası son 24 saatda “CoinMarketCap” platformasında 3.22% ucuzlaşaraq 87 198 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 3.13% azalaraq 2943 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 2.78%, BNB isə 1.91% ucuzlaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb.

Seçilən
39
4
apa.az

10Mənbələr