AZ

ABŞ gələn il qanunsuz miqrantların deportasiyasını artıracaq

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi 2026-cı ildə qanunsuz miqrantların ölkədən deportasiyasının miqyasını artıracağına vəd verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Nazirlik bu barədə özünün sosial media hesabında məlumat paylaşıb. 

 

“Bir ildən az müddət ərzində ölkədən 2,5 milyondan çox qanunsuz miqrant çıxarılıb. Bu, nailiyyət ABŞ Prezidenti Donald Tramp və daxili təhlükəsizlik naziri Kristi Noem tərəfindən görülən qətiyyətli tədbirlər sayəsində əldə edilib və bu, yalnız başlanğıcdır”, - deyə Daxili Təhlükəsizlik Nazirliyi bildirib.

 

Qurum rəhbərliyi hesab edir ki, Donald Tramp administrasiyası fəaliyyətinin ilk ilində miqrantların deportasiyası yolu ilə daxili təhlükəsizliyin gücləndirilməsi və daxili əmək bazarının qorunması kimi əsas seçki vədlərindən birini yerinə yetirib.

 

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl ölkəyə təxminən 25 milyon qanunsuz miqrantın daxil olduğunu bildirib. Andiçmə mərasimindən sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən dövlət başçısı Birləşmiş Ştatların tarixində qeyri-qanuni mühacirlərin ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu vurğulayıb.

Seçilən
13
4
senzor.az

10Mənbələr