AZ

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) 2025-ci ildə 17.500-dən çox miqrantı həbs edib

Bu il ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) oğurluq və ya zorakılıqla bağlı cinayətlərdə müxtəlif yollarla iştirak edən 17.500-dən çox miqrantı həbs edib. Bunlara əsasən əvvəllər bu cinayətlərdə məhkum edilmiş və ya Laken Riley Qanunu ilə məhkəmə qərarı hələ verilməmiş miqrantlar daxildir.

"ABŞ Prezidenti Donald Tramp və Daxili İşlər Naziri Kristi Noemin rəhbərliyi altında Laken Riley Qanunu ilə cinayətlərdə iştirak edən 17.500-dən çox sənədsiz immiqrant saxlanılıb və ya həbs edilib. Bu canavarlar ədalət mühakiməsinə cəlb olunacaq və daha sonra ölkəmizdən deportasiya ediləcək", - deyə departament açıqlamasında bildirib.

Donald Tramp 29 yanvarda vəzifəyə başladıqdan sonra Konqres tərəfindən əvvəllər təsdiq edilmiş və oğurluq və ya digər cinayətlərdə ittiham olunan qanunsuz immiqrantların günahkar olduqları sübut olunana qədər saxlanılmasına və potensial olaraq deportasiya edilməsinə imkan verən qanun layihəsini imzaladı. Qanun layihəsi amerikalı Laken Raylinin adını daşıyır. O, 2024-cü ilin fevral ayında Corciya ştatında əvvəllər oğurluqda məhkum edilmiş qanunsuz immiqrant tərəfindən qətlə yetirilib. Cinayət ABŞ-da ciddi ictimai etirazlara səbəb olub. Respublikaçılar Partiyasının bir çox üzvü hadisənin qanunsuz immiqrasiyaya qarşı mübarizənin və Meksika ilə sərhədə nəzarətin kəskin şəkildə gücləndirilməsinin zəruriliyinin açıq göstəricisi olduğunu qeyd edib.

Əziz MUSTAFA

Seçilən
15
12
oxumeni.az

10Mənbələr