AZ

Tramp: Son günlər Madurola danışmışam, nəticəsi olmayıb...

ABŞ prezidenti Venesuela və narkokartellərlə bağlı açıqlama verib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında son dövrlərdə Venesuela prezidenti Nikolas Madurolə danışığını təsdiqləyib, lakin bu danışıqlardan xüsusi nəticə əldə olunmadığını bildirib. Tramp bu açıqlamanı İsrailin baş naziri Benyamin Netanyahuyla görüş zamanı verib.

ABŞ prezidenti qeyd edib ki, Venesuela hakimiyyəti ölkədən ABŞ-a “milyardlarla dollar dəyərində narkotik” göndərib. Trampın sözlərinə görə, dekabrın 25-də ABŞ Latın Amerikasında narkotik kartellərinə qarşı quru əməliyyatlarının başlanacağını elan edib. Bundan öncə bir neçə ay ərzində ABŞ tərəfi Karib dənizində gəmiləri hədəf alıb və onların narkotik ticarəti ilə bağlı olduğunu bildirib.

Tramp əlavə edib ki, ABŞ ötən həftə Venesuelada “böyük obyekt”i məhv edib və bunun narkotik kartellərinə qarşı əməliyyatların bir hissəsi olduğunu vurğulayıb. Prezidentin açıqlamaları ABŞ-ın Latın Amerikası üzrə narkotiklərlə mübarizə strategiyasının davam etdiyini göstərir.

Poliqon.info

Seçilən
55
41
poliqon.info

10Mənbələr