
Ötən ay Nəsimi rayonuna təyin edilən və cəmi 47 gündən sonra vəzifəsindən çıxarılan Elxan İbrahimovla bağlı bəzi detallar məlum olub.
AFN.az xəbər verir ki, “Reaksiya” TV-nin aparıcısı Zaur Qəriboğlu E.İbrahimovun vəzifəyə təyin edildikdən sonra Nəsimi rayonu ərazisində fəaliyyət göstərən iş adamlarını yığaraq, onlardan 150-200 min manat pul tələb etdiyini bildirib.
“Mən bu haqda bir həftə əvvəl məlumat almışdım. Amma bunlar elə bir mafiya qurublar ki, danışmaq, demək olmur. Elxan İbrahimova demək lazımdır ki, cəmi 47 gün bundan əvvəl gəlib cənab Prezidentin qarşısında oturmusan, tapşırıqlar almısan. Dünən bir, bu gün iki, gəlib rüşvət yığmağa, tas qoymağa başlamısan. Cənab Prezidentin sərəncamı bir daha onu göstərir ki, heç kim qanundan üstün deyil, heç kim toxunulmaz deyil”, – deyə Z.Qəriboğlu qeyd edib.
Verilişin tam versiyasını təqdim edirik: