AZ

Bakıda evlərdən 2 meyit tapıldı

Bakıda evlərdən iki meyit tapılıb. 


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisələrdən biri Binəqədi rayonunda qeydə alınıb. 

Binəqədi qəsəbə sakini, 1973-cü il təvəllüdlü Zülfüqar Mirislam oğlu Ağayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib.

Digər hadisə isə Nərimanov rayonu ərazisində qeydə alınıb. 1954-cü il təvəllüdlü Kafiyə Xeybər qızı Qarayevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı F.X.Xoyski prospekti ev 146 mənzil 50-də tapılıb.

Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma aparılır.


Seçilən
49
16
manset.az

10Mənbələr