Bakıda evlərdən 2 MEYİT tapıldı
Ajans.az xəbər verir ki, hadisələrdən biri Binəqədi rayonunda qeydə alınıb. Binəqədi qəsəbə sakini, 1973-cü il təvəllüdlü Zülfüqar Mirislam oğlu Ağayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib. Digər hadisə isə Nərimanov rayonu ərazisində qeydə alınıb. 1954-cü il təvəllüdlü Kafiyə Xeybər qızı Qarayevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı F.X.Xoyski prospekti ev 146 mənzil 50-də tapılıb. Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma aparılır.(lent.az)