AZ

Trampın sülh yaratma potensialına güvənirik - HƏMAS

HƏMAS Qəzzada sülhün bərqərar olunması ilə bağlı ABŞ prezidentinin potensialına güvənir.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Hazim Qasim “Al Arabiyya” kanalına danışıb.

O bildirib ki, ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəsin əldə olunmasında əsas rolu oynayıb, lakin vəziyyət kövrək və ölümcül olaraq qalır.

HƏMAS rəsmisi atəşkəsin əldə olunmasından bəri Qəzzada 420-dən çox insanın həlak olduğunu deyib.

Buna baxmayaraq, Hazim Qasim təşkilatın Trampın sülh potensialına güvəndiyini və ABŞ-nin İsraili sülhə məcbur edə biləcək yeganə ölkə olduğunu iddia edib.

Qeyd edək ki, HƏMAS və İsrail arasında atəşkəs oktyabrın 10-da əldə olunub və təşkilat 28 israilli girovdan 27-ni İsrailə təhvil verib.

İsrail də öz növbəsində qaytarılan hər bir girov müqabilində 15 fələtinlini Qəzzaya təhvil verib.

Seçilən
116
19
redaktor.az

10Mənbələr