Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ermənistan Baş Prokurorluğu Qarni kənd sakininin bütün ermənilərin Katolikosu II Qareginə ünvanladığı hədələrlə bağlı səsləndirdiyi bəyanatı araşdırır. Təhdid ötən bazar günü baş nazir Nikol Paşinyanın da iştirak etdiyi liturgiya (dini ayinlərin ica edilməsi) zamanı səsləndirilib.
Bizimyol.info xəbər verir ki, ölkə Prokurorluğunun verdiyi məlumata görə, araşdırma nəticəsində həmin açıqlamalarda cinayət tərkibinin mövcudluğu müəyyən edilərsə, məsələ üzrə cinayət işinin başlanması üçün materiallar İstintaq Komitəsinə göndəriləcək.
Məlumata əsasən, liturgiya zamanı kilsə həyətində toplaşan Qarni sakinlərindən biri hakimiyyətə yaxın "civic.am" resursunun Katolikos II Qareginin “istefası” ilə bağlı sualına cavabında faktiki olaraq dini lideri ölümlə hədələyib. Yerli KİV-in məlumatına görə, bu şəxs Qarni icmasının kommunal xidmətlərində çalışan Edvard Stepanyandır.
Qeyd edək ki, son dövrlər Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma daha da kəskinləşib. Buna baş nazir Nikol Paşinyanın ruhanilər ünvanına sərt bəyanatları və Katolikosun seçilmə mexanizmini dəyişdirməklə dövlətə əsas rol verilməsini nəzərdə tutan təşəbbüsü səbəb olub.
Gərginlik fonunda müxtəlif ittihamlarla üç yeparxiyanın rəhbərləri – arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Acapahyan, eləcə də yepiskop Mkrtıç Proşyan və Müqəddəs Etçmiədzin Ana Taxtının kargüzarlıq rəhbəri Arşak Xaçatryan həbs edilib.
Kilsəni müdafiə edən iş adamı və xeyriyyəçi Samvel Karapetyan isə “biz bu prosesdə öz yolumuzla iştirak edəcəyik” ifadəsinə görə saxlanılıb.
Qarşıdurma 27 noyabrda yeni mərhələyə qədəm qoyub. Həmin gün hakimiyyətə yaxın platformalarda Erməni Apostol Kilsəsinin bir qrup iyerarxı adından bəyanat yayılıb. Bəyanatda Katolikos II Qaregin arxiyepiskop Arşak Xaçatryanın “əxlaqsızlıq xarakterli əməlini” ört-basdır etməkdə ittiham olunub. İddialar internetdə yayılan intim məzmunlu videolara əsaslandırılıb, lakin arxiyepiskop Xaçatryan bu görüntülərlə əlaqəsini inkar edib. Həmin gün bəyanatın müəllifləri baş nazir Nikol Paşinyanla da görüşüblər.
Artıq 29 noyabrda bəyanata imza atan 10 nəfər yeni açıqlama ilə çıxış edərək bütün ermənilərin Katolikosu II Qareginin taxt-tacdan imtina etməsinə çağırıb. Onlar dini lideri avtoritar idarəçilikdə, siyasi proseslərə müdaxilədə və kilsə rəhbərinin missiyası ilə uzlaşmayan digər addımlarda ittiham ediblər.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.