Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı gündəmdə deyil.
Herbiand.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hazırda belə bir danışıqdan söhbət getmir", - Kremlin nümayəndəsi müvafiq suala cavab olaraq qeyd edib.