ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit sosial mediada yazıb. O, iki liderin Rusiya-Ukrayna müharibəsi ilə bağlı müsbət danışıq apardığını bildirib.
Tərəflər arasında ötən gün də telefon danışığı baş tutub. Daha sonra Tramp Floridada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirib.
MənbəAZƏRTAC