AZ

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 7 polis yaralandı

Türkiyədə "İslam dövləti" terror təşkilatına (İŞİD) bağlı şəxslərin saxlanılması üçün əməliyyat keçirilib.

Modern.az xəbər verir ki, yerli medianın məlumatına görə, Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 7 polis əməkdaşı yaralanıb.

Əməliyyatın Mərmərə dənizinin sahilində, Yalova şəhəri yaxınlığındakı bir evdə keçirildiyi bildirilir.

Şübhəlilər təhlükəsizlik qüvvələrinə atəş açıblar.

Yaralıların vəziyyəti stabildir və xəsarətləri həyati təhlükə yaratmır.

Əməliyyat bölgəsinə Bursa vilayətindən xüsusi polis qüvvələri göndərilib.

Seçilən
71
37
modern.az

10Mənbələr