AZ

Azərbaycanda orta sahibkarlığa verilən kreditlər 2,3 milyard manata yaxınlaşıb

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda orta sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 2,279 milyard manat təşkiledib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, cari ilin noyabr ayının 1-i ilə müqayisədə13,1 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə449,4 milyon manat və ya 24,6% çoxdur.

Belə ki, cari ilin noyabr ayının 1-nə Azərbaycanda ortasahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 2,266 milyardmanat, 2024-cü ilin dekabrın 1-nə isə 1,830 milyard manat idi.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda banklarınkredit portfeli 1% vә ya 281,7 milyon manat artaraq 29,685 milyardmanat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2%(15,805 milyard manat), istehlak kreditlәri 31,4% (9,319 milyardmanat) vә ipoteka kreditlәri 15,4% (4,562 milyard manat) təşkiledib.

Məqalədə:
Seçilən
15
7
az.trend.az

6Mənbələr