AZ

Tramp Putinə niyə zəng etdiyini izah edib

ABŞ prezidenti telefon danışığını Ukrayna ilə müharibənin dayandırılması məqsədilə zəruri addım kimi qiymətləndirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Floridada ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşün əvvəlində jurnalistlərin suallarına cavab verərkən Rusiyanın prezidenti Vladimir Putinə zəng etməsinin səbəbini açıqlayıb. Tramp bildirib ki, zəng “müqavilə bağlamaq” zərurətindən irəli gəlib.

Amerika lideri qeyd edib ki, Ukraynadakı konflikti həll etmək üçün konkret vaxt məhdudiyyətləri yoxdur, əsas məsələ müharibənin dayandırılmasıdır. Trampın sözlərinə görə, Putinlə söhbət yaxşı və məhsuldar olub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, dövlət başçıları Ukraynadakı konflikti həll etmək üçün danışıqları müzakirə ediblər.

Financial Times yazır ki, Kiyev Trampın Putinə zəng etməsindən narahatdır, çünki bu, Zelenski ilə görüşün “tonuna” təsir göstərə bilər. Analitiklər hesab edirlər ki, bu telefon danışığı ABŞ-Rusiya dialoqunda və Ukrayna məsələsində balansın qorunması baxımından vacib addım kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
47
50
poliqon.info

10Mənbələr