AZ

Şahdağ yolunda avtomobil dərəyə aşdı - Hərəkət müvəqqəti dayandırıldı – VİDEO

Şahdağ yolunda avtomobil dərəyə aşıb. Hadisə Çiləgir kəndi yaxınlığında qeydə alınıb.

Paralel.az xəbər verir ki , qəza nəticəsində yolun həmin hissəsində hərəkət müvəqqəti olaraq dayandırılıb.

Avtomobilin çıxarılması üçün hadisə yerinə xüsusi texnika cəlb edilsə də, əlverişsiz hava şəraiti səbəbindən işlər hələlik nəticə verməyib. (Mənbə: BAKU.WS)


Seçilən
42
1
paralel.az

2Mənbələr