ain.az, Axar.az portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Ev rəhbəri Donald Trampla görüşdən əvvəl Böyük Britaniyanın Baş naziri Keyr Starmerlə ayrıca telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti sosial şəbəkədəki səhifəsində yazıb.
Zelenski deyib ki, o, Trampla görüşəcəyi Floridada səhərini Starmerlə söhbətlə başlayıb:
"Biz prezident Trampla görüşə hazırlığı, eləcə də avropalı tərəfdaşlarla bütün təmaslarımızı müzakirə etdik".
Zelenski həmçinin Starmerə cəbhədəki vəziyyət və Rusiya zərbələrinin nəticələri barədə məlumat verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.