AZ

Zelenski Britaniyanın Baş naziri ilə danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Ev rəhbəri Donald Trampla görüşdən əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmerlə ayrıca telefon danışığı aparıb.

Bu barədə Ukrayna Prezidenti sosial şəbəkədəki səhifəsində yazıb.

Zelenski deyib ki, o, Trampla görüşəcəyi Floridada səhərini Starmerlə söhbətlə başlayıb.

"Biz prezident Trampla görüşə hazırlığı, eləcə də avropalı tərəfdaşlarla bütün təmaslarımızı müzakirə etdik", o qeyd edib.

Zelenski həmçinin Böyük Britaniyanın Baş nazirinə cəbhədəki vəziyyət və Rusiya zərbələrinin nəticələri barədə məlumat verib.


Seçilən
44
3
news365.az

6Mənbələr