AZ

Dəmir Şüa İsrail ordusunun inventarına daxil edildi

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrail Müdafiə Nazirliyi lazer texnologiyasına əsaslanan qabaqcıl "Dəmir Şüa" hava hücumundan müdafiə sisteminin ilk qurğusunu İsrail Müdafiə Qüvvələrinə təhvil verib.

Axar.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.

"İsrail Müdafiə Nazirliyi ilk yüksək güclü “Dəmir Şüa” lazer sistemini İsrail Müdafiə Qüvvələrinə təhvil verib. Genişmiqyaslı sınaqlar seriyasında müxtəlif təhdidlərə qarşı effektivliyini sübut edən, raketləri, minaatan mərmilərini və pilotsuz uçuş aparatlarını uğurla ələ keçirən sistem, İsrail Hərbi Hava Qüvvələrinə inteqrasiya ediləcək və “Dəmir Qübbə”, “Davudun Sapanı” və “Ox” sistemlərinə əlavə olaraq İsrailin çoxqatlı hava hücumundan müdafiə sisteminə daxil ediləcək", - deyə bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
2
axar.az

3Mənbələr