AZ

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi 

İsrail Müdafiə Nazirliyi lazer texnologiyasına əsaslanan qabaqcıl "Dəmir Şüa" hava hücumundan müdafiə sisteminin ilk qurğusunu İsrail Müdafiə Qüvvələrinə (İMQ) təhvil verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.

Bəyanatda deyilir: "İsrail Müdafiə Nazirliyi ilk dəfə "Dəmir Şüa" lazer sistemini İsrail Müdafiə Qüvvələrinə təhvil verib. Genişmiqyaslı sınaqlar seriyasında müxtəlif təhdidlərə qarşı effektivliyini sübut edən, raketləri, minaatan mərmilərini və pilotsuz uçuş aparatlarını uğurla ələ keçirən sistem İsrail Hərbi Hava Qüvvələrinə inteqrasiya ediləcək və "Dəmir Qübbə", "Davudun Sapanı" və "Ox" sistemlərinə əlavə olaraq İsrailin çoxqatlı hava hücumundan müdafiə sisteminə daxil ediləcək". 

Nazirlik qeyd edib ki, "Dəmir Şüa" qlobal texnoloji və mühəndislik irəliləyişini təmsil edir və unikal elektro-optik istiqamətləndirmə sisteminə malik yüksək güclü lazer mənbəyidir: "Bu, geniş diapazonlu hədəfləri əhəmiyyətli məsafələrdə maksimum dəqiqliklə və az xərclə üstün effektivliklə ələ keçirməyə imkan verir". 

Əli Hüseynov

Seçilən
30
2
bakivaxti.az

3Mənbələr