AZ

"Qarabağ" Braziliya klubu ilə razılaşmadı

style='margin-bottom:10px;'>

"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyonun "Botafoqo"ya transferi alınmayıb.

QOL.az ESPN nəşrinə istinadən xəbər verir ki, Braziliya klubu Ağdam təmsilçisin iki rəsmi təklif göndərsə də, danışıqlar uğursuz alınıb.

Xəbərdə qeyd olunub ki, "Botafoqo" artıq  Bikalyonu transfer gündəmindən çıxarıb. 

Həmçinin, "Botafoqo"nun "Qarabağ"ın keçmiş yarımmüdafiəçisi, hazırda Macarıstanın "Ferentsvaroş" klubunda oynayan Julio Romaonun da transferindən vaz keçdiyi bildirilib. Onunla da danışıqların müsbət nətiəcələnmədiyi vurğulanıb.

Xatırladaq ki, Pedro Bikalyo “Kruzeyro” və “Palmeyras”ın akademiyalarında yetişib və peşəkar debütünü də “Palmeyras”da edib. Daha sonra Portuqaliyada “Santa Klara” və “Alverka” klublarında çıxış edən yarımmüdafiəçi bu yay “Qarabağ”a keçib.

Seçilən
26
1
teleqraf.com

2Mənbələr