AZ

Qarabağ Braziliya klubu ilə razılaşmadı

ain.az, Qol.az saytına istinadən bildirir.

"Qarabağ" Braziliya klubu ilə razılaşmadı

"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyonun "Botafoqo"ya transferi alınmayıb.

QOL.az ESPN nəşrinə istinadən xəbər verir ki, Braziliya klubu Ağdam təmsilçisinə iki rəsmi təklif göndərsə də, danışıqlar uğursuz alınıb.

Xəbərdə qeyd olunub ki, "Botafoqo" artıq  Bikalyonu transfer gündəmindən çıxarıb. 

Həmçinin, "Botafoqo"nun "Qarabağ"ın keçmiş yarımmüdafiəçisi, hazırda Macarıstanın "Ferentsvaroş" klubunda oynayan Julio Romaonun da transferindən vaz keçdiyi bildirilib. Onunla da danışıqların müsbət nətiəcələnmədiyi vurğulanıb.

Qeyd edək ki, Pedro Bikalyo “Kruzeyro” və “Palmeyras”ın akademiyalarında yetişib və peşəkar debütünü də “Palmeyras”da edib. Daha sonra Portuqaliyada “Santa Klara” və “Alverka” klublarında çıxış edən yarımmüdafiəçi bu yay “Qarabağ”a keçib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
qol.az

2Mənbələr