AZ

Zirkzeyə "Roma"dan TƏKLİF GƏLDİ

"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze karyerasını İtaliyada davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, "Roma" 24 yaşlı futbolçu üçün İngiltərə klubuna rəsmi təklif göndərib.

A Seriyası təmsilçisi niderlandlı forvardı mövsümün ikinci yarısı üçün icarəyə götürmək niyyətindədir.

Bildirilir ki, "Mançester Yunayted" rəhbərliyinin təklifi dəyərləndirmək üçün vaxt istəyib.

Qeyd edək ki, Benyamin Şeşkonun zədədən qayıtmasından sonra əsas heyətdəki yerini itirən Zirkze yaranmış vəziyyətdən narazıdır. Oyun praktikasının azlığı onun Niderland millisinin heyətində DÇ-2026-ya yollanmaq şanslarını riskə atır.

Bizim.Media

Seçilən
44
3
bizim.media

4Mənbələr