AZ

Zirkzeyə "Roma"dan təklif gəldi

style='margin-bottom:10px;'>

"Mançester Yunayted"in hücumçusu Coşua Zirkzee karyerasını İtaliyada davam etdirə bilər.

QOL.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, "Roma" 24 yaşlı futbolçu üçün İngiltərə klubuna rəsmi təklif göndərib. A Seriyası təmsilçisi niderlandlı forvardı mövsümün ikinci yarısı üçün icarəyə götürmək niyyətindədir. 

Bildirilir ki, "Mançester Yunayted" rəhbərliyinin təklifi dəyərləndirmək üçün vaxt istəyib.

Qeyd edək ki, Benyamin Şeşkonun zədədən qayıtmasından sonra əsas heyətdəki yerini itirən Zirkzee yaranmış vəziyyətdən narazıdır. Oyun praktikasının azlığı onun Niderland millisinin heyətində DÇ-2026-ya yollanmaq şanslarını riskə atır.

Seçilən
81
3
teleqraf.com

4Mənbələr