AZ

Binədə əqli pozuntuları olan kişi elektrik sobasında yandı

Bakıda 53 yaşlı kişi sobanın üzərinə yıxılıb.

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində fərdi yaşayış evində baş verib.

Qəsəbə sakini 1972-ci il təvəllüdlü əqli pozuntuları olan Elşad Sadıqov yaşadığı evdə elektrik sobasının üzərinə yıxılıb. Hadisə nəticəsində o, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
23
2
yenisabah.az

3Mənbələr