AZ

Əqli pozuntuları olan kişi elektrik sobasındaYANDI

Bakıda 53 yaşlı kişi sobanın üzərinə yıxılıb.

Redaktor.az oxu.az-a istinadla məlumat verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində fərdi yaşayış evində baş verib.

Qəsəbə sakini 1972-ci il təvəllüdlü əqli pozuntuları olan Elşad Sadıqov yaşadığı evdə elektrik sobasının üzərinə yıxılıb. Hadisə nəticəsində o, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
34
2
redaktor.az

3Mənbələr