İmişli rayonunda 56 yaşlı kişi dəm qazından boğulub.
"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 26-da axşam saatlarında rayonun Çahar kəndində baş verib.
Kənd sakini, 1969-cu il təvəllüdlü Mehman Məmməd oğlu Nəsirov yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub. Yaxınları onun meyitini hamamda aşkarlayıblar.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız