İmişlidə 56 yaşlı keçmiş məhkum dəm qazından boğularaq ölüb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Çahar kəndində qeydə alınıb.

Kənd sakini, əvvəllər dələduzluq cinayətindən məhkum olunmuş 1969-cu il təvəllüdlü Mehman Nəsirov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info