Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Real Madrid”in hücumçusu Kilian Mbappe Afrika Millətlər Kubokunda Mərakeş-Mali matçına qatılıb.
İdman.Biz xəbər verir ki, fransız oyunçu oyunu Mərakeş milli komandasının müdafiəçi Əşrəf Hakiminin 2 nömrəli formasını geyinərək izləyib.

“PSJ” oyunçusu Hakimi matça ehtiyat oyunçular skamyasında başlayıb.
Mbappe və Hakimi 2021-ci ildən 2024-cü ilə qədər Paris klubunda birlikdə oynayıblar.
Mərakeş-Mali matçı Rabatdakı “Şahzadə Molla Abdulla” stadionunda keçirilib və 1:1 hesabı ilə başa çatıb. İki turdan sonra Mərakeş milli komandasının dörd xalı var. Mali iki xal toplayıb.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.