AZ

Mbappe Mərakeş yığmasının Mali ilə matçına Hakiminin nömrəsi yazılan köynəklə qatılıb - FOTO/VİDEO

“Real Madrid”in hücumçusu Kilian Mbappe Afrika Millətlər Kubokunda Mərakeş-Mali matçına qatılıb.

İdman.Biz xəbər verir ki, fransız oyunçu oyunu Mərakeş milli komandasının müdafiəçi Əşrəf Hakiminin 2 nömrəli formasını geyinərək izləyib.

“PSJ” oyunçusu Hakimi matça ehtiyat oyunçular skamyasında başlayıb.

Mbappe və Hakimi 2021-ci ildən 2024-cü ilə qədər Paris klubunda birlikdə oynayıblar.

Mərakeş-Mali matçı Rabatdakı “Şahzadə Molla Abdulla” stadionunda keçirilib və 1:1 hesabı ilə başa çatıb. İki turdan sonra Mərakeş milli komandasının dörd xalı var. Mali iki xal toplayıb.

İdman.Biz
Seçilən
12
1
idman.biz

2Mənbələr