AZ

Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı sərəncam

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Himayəçilik Şurasının yeni tərkibi təsdiqlənib...

Poliqon President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

- Azərbaycan Respublikası maliyyə nazirinin müavini

-Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

- Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

- Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi siyasət məsələləri sektorunun müdiri.

Poliqon.info

Seçilən
17
13
poliqon.info

10Mənbələr