AZ

Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Himayəçilik Şurasının yeni tərkibi təsdiqlənib.

Editor.az  President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

– Azərbaycan Respublikası maliyyə nazirinin müavini

– Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

– Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

– Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

– Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi siyasət məsələləri sektorunun müdiri.

Seçilən
33
13
editor.az

10Mənbələr