AZ

Alparslan Bayraktar: Rusiya Akkuyu AES layihəsi üçün 9 milyard dollar maliyyə ayırıb

BAKI, 26 dekabr. TELEQRAF

"Rusiya Türkiyənin ilk nüvə elektrik stansiyası olan Akkuyu Atom Elektrik Stansiyası (AES) layihəsi üçün təxminən 9 milyard dollarlıq yeni maliyyələşdirməni təmin edib".

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.

"Rusiya Akkuyu layihəsi üçün təxminən 9 milyard dollarlıq yeni maliyyələşdirməni təmin edib. Bu, çox güman ki, 2026-2027-ci illərdə istifadə olunacaq. Təkcə 2026-cı ildə bu kanal vasitəsilə Türkiyəyə 4-5 milyard dollar xarici maliyyə gələcək", - deyə o qeyd edib.

Bayraktar həmçinin Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının ilk reaktorunu 2026-cı ildə işə salmaq planlarını təsdiqləyib.

"İlk reaktorun elektrik enerjisi istehsal etməyə başlaması üçün hədəf ili 2026-cı il olaraq müəyyən edilib", - deyə türkiyəli nazir bildirib.

Seçilən
26
1
teleqraf.com

2Mənbələr