Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"2026-cı il ilk reaktorun elektrik enerjisi istehsal etməyə başlaması üçün hədəf ili kimi müəyyən edilib"
Türkiyənin ilk nüvə elektrik stansiyası olan Akkuyu Atom Elektrik Stansiyası (AES) layihəsi üçün təxminən 9 milyard dollarlıq yeni maliyyələşdirmə təmin edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.
"Rusiya Akkuyu layihəsi üçün təxminən 9 milyard dollarlıq yeni maliyyələşdirmə təmin edib”, - bildirib.
Nazir qeyd edib ki, "bu maliyyələşdirmə mənbəyindən, çox güman ki, 2026-2027-ci illərdə istifadə olunacaq. Təkcə 2026-cı ildə bu kanal vasitəsilə Türkiyəyə 4-5 milyard dollarlıq xarici maliyyələşdirmə axacaq".
Bayraktar həmçinin Türkiyənin Akkuyu AES-in ilk reaktorunu 2026-cı ildə işə salmaq planlarını təsdiqləyib.
"2026-cı il ilk reaktorun elektrik enerjisi istehsal etməyə başlaması üçün hədəf ili kimi müəyyən edilib", - deyə türkiyəli nazir bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.