AZ

Astara gömrüyündə 148 kq narkotik aşkarlandı - FOTOLAR

Astara Gömrük İdarəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
 
Moderator.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 148 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.
 
Məlumata görə, narkotik maddələr ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kərəviz və kahı” yükü daşıyan nəqliyyat vasitəsində gizlədilib.
 
Yük avtomobili stasionar rentgen qurğusundan keçirilərkən şübhəli cizgilər müşahidə olunduğundan nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə ətraflı gömrük yoxlaması aparılıb.
 
Yoxlama zamanı nəqliyyat vasitəsindəki iki paletdə gömrük nəzarətindən gizlədilmiş şəkildə 58 kiloqram 610 qram həşiş, 89 kiloqram 705 qram marixuana aşkarlanıb.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
36
46
moderator.az

10Mənbələr