AZ

Astara Gömrüyündə İrandan Rusiyaya tranzit edilən yükdə 148 kiloqramdan çox narkotik aşkarlanıb

Astara Gömrük İdarəsində həyata keçirilən əməliyyat zamanı ümumilikdə 148 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin  verdiyi məlumata görə, müsadirə edilən narkotik vasitələrdən 58 kiloqram 610 qramı həşiş, 89 kiloqram 705 qramı isə marixuana olub.

Qurumun məlumatına əsasən, narkotik maddələr İrandan Rusiyaya tranzit keçməklə “kərəviz və kahı” yükü daşıyan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı yükdə şübhəli cizgilər müəyyən edildiyindən avtomobil kinoloji xidmət itinin tətbiqi ilə ətraflı gömrük yoxlamasına cəlb olunub.

Yoxlama zamanı nəqliyyat vasitəsində yerləşdirilmiş iki paletdə, gömrük nəzarətindən gizlədilmiş narkotik vasitələr aşkar edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Aytac 

Seçilən
19
45
anews.az

10Mənbələr