AZ

“Milli parkları yaxından tanıyaq” devizi ilə növbəti “açıq qapı” günü keçiriləcək

Samur-Yalama Milli Parkında “Milli parkları yaxından tanıyaq” devizi ilə 30 dekabr tarixində “açıq qapı” günü keçiriləcək. Həmin gün milli parkı ziyarət edən hər kəs üçün giriş ödənişsiz olacaq.

Xəzər dənizi sahilində yerləşən, nadir ekosistemlərdən biri hesab olunan Samur-Yalama Milli Parkı xüsusi mühafizə olunan təbiət ərazisidir. Xəzər dənizi ilə meşəni birləşdirən Milli Park özünəməxsus təbiəti, zəngin biomüxtəlifliyi və landşaftı ilə seçilir. 
Təbiətin dənizlə qovuşduğu bu unikal məkanda xoş və yaddaqalan vaxt keçirmək istəyən bütün təbiətsevərləri “açıq qapı” günündə Samur-Yalama Milli Parkına dəvət edirik
Seçilən
137
ekologiya.az

1Mənbələr