Xəzər dənizi sahilində yerləşən, nadir ekosistemlərdən biri hesab olunan Samur-Yalama Milli Parkı xüsusi mühafizə olunan təbiət ərazisidir. Xəzər dənizi ilə meşəni birləşdirən Milli Park özünəməxsus təbiəti, zəngin biomüxtəlifliyi və landşaftı ilə seçilir.
Təbiətin dənizlə qovuşduğu bu unikal məkanda xoş və yaddaqalan vaxt keçirmək istəyən bütün təbiətsevərləri “açıq qapı” günündə Samur-Yalama Milli Parkına dəvət edirik