AZ

Baş nazir: “Ermənistan İranla strateji tərəfdaşlıq...”

"Ermənistan İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyir".

"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 25-də jurnalistlərə verdiyi müsahibədə bildirib.

O, Tehranla münasibətlərin dinamik inkişafını yüksək qiymətləndirib: "İran İslam Respublikası ilə münasibətlərimiz çox yüksək səviyyədədir və İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyimiz də var".

Xatırladaq ki, Ermənistan 2025-ci ilin əvvəlində ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasını, bu yaxınlarda isə Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Gündəliyini imzalayıb.

"Cebheinfo.az"

Seçilən
3
3
cebheinfo.az

5Mənbələr