AZ

Ermənistan İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyir - Baş nazir

"Ermənistan İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 25-də jurnalistlərə verdiyi müsahibədə bildirib.

O, Tehranla münasibətlərin dinamik inkişafını yüksək qiymətləndirib: "İran İslam Respublikası ilə münasibətlərimiz çox yüksək səviyyədədir və İranla strateji tərəfdaşlıq sənədi imzalamaq istəyimiz də var".

Xatırladaq ki, Ermənistan 2025-ci ilin əvvəlində ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasını, bu yaxınlarda isə Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Gündəliyini imzalayıb.

Aynur Babazadə

Seçilən
8
3
bakivaxti.az

5Mənbələr